"Qarabağ"dan 200-cü heç-heçə

10:16 - 10 May 2022

“Qarabağ” Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib. 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 26-cı turunda baş verib. Qurban Qurbanovun komandası ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb – 0:0.

 

200-cü sülh ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda 5 dəfə heç-heçə ilə kifayətlənib.

 

Qeyd edək ki, “Qarabağ” daha çox – 30 dəfə “Neftçi” ilə heç-heçə oynayıb. “Şamaxı” ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.

Xəbər xətti