Tanınmış ispan daha bir il oynayacaq

16:33 - 10 May 2022

"Atletik" futbolçusu Raul Qarsiya ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.

​Qarsiya 2015-ci ilin yayından "Atletik"də çıxış edir. O, bu mövsüm 39 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti