"Mançester Siti" Haaland transferini açıqladı

19:31 - 10 May 2022

"Borussiya"nın hücumçusu Erlinq Haalandın "Mançester Siti"yə keçidi rəsmiləşib.

Sportal.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.

22 yaşlı norveçli hücumçunun bu il iyulun 1-dən yeni komandasına qoşulacağı bildirilib. Transferin digər detalları ilə bağlı məlumat verilməyib.

Erlinq Haaland 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edirdi. 

Xəbər xətti