Almaniyanın “Erzebirqe” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov qalmaqala səbəb olub.
Sportal.az xəbər verir ki, o, II Bundesliqanın “Verder”lə oyununda əvəzlənməsinə sərt etiraz edib.
32 yaşlı yarımmüdafiəçi 0:3 hesabı ilə məğlub olduqları matçın 73-cü dəqiqəsində meydandan çıxarılıb və buna sərt reaskiya verib. Təcrübəli futbolçu baş məşqçiyə qışqırıb, ehtiyat oyunçular skamyasının yanındakı su qutularını təpikləyib.
Nazarov daha sonra açıqlama verərək hər şeyin qaydasında olduğunu deyib: “Baş məşqçi mənə vəziyyəti izah etdi, artıq hər şey yolundadır. Komanda yoldaşlarıma kömək edə bilməyəcəyim üçün əsəbiləşmişdim".
saytlarin hazirlanmasi