"İnter"i "Barselona"ya dəyişmək istəyir

14:32 - 11 May 2022

"İnter" Lautaro Martinesi 60-70 milyon avro qarşılığında satmağa hazırdı.

Sportal.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 24 yaşlı forvard "Barselona"ya keçmək niyyətindədi. Halbuki İspaniyanın digər nəhəng klubu "Atletiko" da argentinalını transfer etməkdə israrlıdı.

Bu mövsüm "nerazzuri"nin heyətində 45 oyunda 23 qol vuran Martines 3 assistlə oynayıb. Onun "İnter"lə müqaviləsi 2026-cı ilə qədərdi.

Xəbər xətti