Mahmudov millimizin sabiq üzvü ilə görüşdü - FOTO

17:32 - 11 May 2022

“Neftçi”nin və milli komandamızın üzvü Emin Mahmudov instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, Mahmudov millimizin sabiq üzvü Rəşad Eyyubovla fotosunu paylaşaraq bunu yazıb: “Əfsanə ilə görüş”. 

“Çernomorets” yetirməsi olan Eyyubov “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Sabah” klubları ilə yanaşı 2018-ci ildə Emin Mahmudovla birlikdə “Neftçi”də çıxış edib. O, milli komandamızın da şərəfini qoruyub.

Xəbər xətti