"Leypziq"in hücumçusu Kristofer Nkunku Bundesliqada aprel ayının ən yaxşı futbolçusu seçilib.
Sportal.az Bundesliqanın rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı fransız bununla da mövsüm ərzində 4-cü dəfə bu ada layiq görülmüş olub.
Bundesliqa tarixində ilk dəfədir ki, bir futbolçu eyni mövsümdə 4 dəfə ayın ən yaxşısı seçilir.
Fransa millisinin üzvü 2019-cu ildə PSJ-dən "Leypziq"ə keçib.
