"Turan Tovuz" və "Kəpəz" qalib gəldi

18:13 - 11 May 2022

Bu gün Azərbaycan 1-ci divizionunda 25-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

MOİK-in “Neftçi-2” ilə oyununda qalib müəyyənləşməyib. “Kəpəz” səfərdə “Zaqatala” üzərində qələbəyə sevinibsə, “Turan Tovuz” “Səbail”in əvəzedicilərini 6 cavabsız qolla məğlub edib.

​“Qarabağ”ın ikinci komandası “Qəbələ-2” ilə dueldən inamlı qələbə ilə ayrılıb. “Şamaxı-2” “Zirə”nin əvəzedicilərini böyük hesabla məğlub edibsə, “Sabah-2” də “Sumqayıt”ın əvəzedici komandasını məğlub yola salıb.

Birinci divizion 25-ci tur

11 may

"Qəbələ-2" – "Qarabağ-2" 0:2
Qollar
: Nəriman Axundzadə, 49; 78.

Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Qəbələ şəhər stadionu

"Sabah-2" – "Sumqayıt-2" 2:0

Qollar
: İldar Ələkbərov, 55. Kamran Quliyev, 76.

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Taleh Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”

"Zaqatala" – "Kəpəz" 0:1
Qol: Bəhruz Teymurov, 69.

Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

MOİK – "Neftçi-2" 1:1
Qollar
: Elvin Nəsibov, 50 – Xəqani Sadıxov, 1.

Hakimlər: İnqilab Məmmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Binə qəsəbə stadionu,

"Zirə-2" – "Şamaxı-2" 1:4
Qollar
: Nicat Məmmədov, 29 – Fuad Bayramov, 7. Qurban Səfərov, 19; 90. Tural Axundov, 76.

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”

"Səbail-2" – "Turan Tovuz" 0:6
Qollar
: Səbayıl Bağırov, 2; 41; 86. Sadiq Şəfiyev, 13; 19; 69.

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Kərim Zeynalov, Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
​“ASCO Arena”

Xəbər xətti