"Turan Tovuz" Futbol Akademiyasının koordinatoru Adil Şükürov Sportal.az saytına açıqlama verib.
O, yeni mövsümdən birinci divizionda çıxış edəcək "Araz Naxçıvan"nın akademiyasının fəaliyyətinə cavabdehlik daşıyacaq.
"Turan Tovuz"la hazırda müqaviləm var. Mayın sonuna qədər bu klubdayam. Yeni mövsüm necə olacağını hələ dəqiq deyə bilmərəm. Bəli, variantlar arasında "Araz Naxçıvan"da çalışmaq var. Amma dediyim kimi dəqiq heç nə deyə bilmərəm. "Turan Tovuz"u isə Premyer Liqaya yüksəlməsinə görə təbrik edirəm. Ümidvaram ki, klub üçün hər şey yaxşı alınacaq".
