Nəbiyev oynadı, komandası uduzdu

10:00 - 12 May 2022

Çexiya II liqasında 19-cu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” “Mas Taborsko”ya səfərdə 0:1 uduzub.

Meydana 76-cı dəqiqədə çıxan azərbaycanlı komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Jijkov təmsilçisi 29 turdan sonra 15 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti