Millimizin üzvü Almaniya klubu ilə danışıq aparır

10:59 - 12 May 2022

"Ersgebirge Aue" millimizin üzvü Dmitri Nazarovla danışıqlara başlayıb.

Sportal.az "tag24.de" portalına istinadən xəbər verir ki, Aue klubu 32 yaşlı futbolçunu komandada saxlamaq istəyir.

Belə ki, klub müqaviləsi başa çatan Dmitri ilə danışıqlar aparır.

II Bundesliqada 23 xalla 17-ci sırada yer alan komandanın aşağı liqaya düşəcəyi dəqiqləşib.

Xəbər xətti