"Qarabağ" - "Sumqayıt": Biletlər satışa çıxarılacaq

11:15 - 12 May 2022

"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyunda "Sumqayıt"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, saat 12:00-dan etibarən qarşılaşmanın biletləri satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.

​Matç saat 19:00-da başlayacaq. 

Xəbər xətti