Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadə Kamerunun baş naziri Josef Nguterə ilə görüşüb.
Sportal.az xəbər verir ki, örüş zamanı ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub.
Baş nazir İslam Həmrəylik Oyunlarının Kamerunda keçirilməsinin ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bunun üçün Yaunde şəhərində idman və qonaqlama infrastrukturu yenilənir, təmir və bərpa olunur.
Qeyd edək ki, 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına Kamerunun ev sahibliyi etməsi planlaşdırılır. Məhz bununla əlaqədar olaraq “Yaunde–2025” İslam Həmrəyliyi Təftiş Komissiyası ölkədə beynəlxalq idman tədbirinə hazırllq prosesini araşdırır.
saytlarin hazirlanmasi
