Bakıda dünya çempionatı keçiriləcək

22:50 - 12 May 2022

Bakı şəhəri növbəti dünya çempionatına ev sahibliyi edəcək.

 

Sportal.az xəbər verir ki, Dünya Taekvondo Federasiyası (DTF) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən növbədənkənar yığıncağında qəbul edilən qərara əsasən, 2023-cü ildə böyüklər arasında dünya çempionatı ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək.

 

DTF-in 50-illik yubileyinə təsadüf edən çempionatın keçirilmə tarixi yaxın vaxtlarda açıqlanacaq.

Xəbər xətti