Türkiyənin "Fənərbaxça" klubu mövsümün sonunda müqaviləsi başa çatan Serdar Azizlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı mərkəz müdafiəçisi ilə yola davam edəcək. "Sarı-lacivərtlilər" yaxın günlərdə Türkiyə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq.
Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvarında "Qalatasaray"dan keçib. Təcrübəli futbolçu "kanarya"nın heyətində meydana çıxdığı 91 matçda 9 qol vurub.
saytlarin hazirlanmasi