Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geydiyi "Arsenal" (Tula) səfərdə "Ufa"nın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbisylə başa çatıb.
Ayaz Quliyev də bu görüşün iştirakçısı olub.25 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra "Arsenal"ın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Tula təmsilçisi 23 xal toplayıb və 14-cü yerdə olan "Ural"dan 4 xal geri qalır.
saytlarin hazirlanmasi