Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi

18:35 - 14 May 2022

Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi "Superbet Chess Classic" turniri davam edir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün sonuncu görüşündə - 9-cu turda ABŞ təmsilçisi Levon Aronyanla heç-heçə edib. 37 taşlı qrossmeyster xallarının sayını 3,5-ə çatdırıb. Sonuncu turdakı digər qarşılaşmalar davam edir.

 

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır. Ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Xəbər xətti