Azərbaycanlı futbolçunun komandası aşağı liqaya düşdü

10:44 - 15 May 2022

Çexiya birinci liqasında sonuncu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, 30-cu tur çərçivəsində Fərid Nəbiyevin komandası evdə “Lisen”lə qarşılaşıb.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Amma bu matçda Nəbiyevin adı iştirak ərizəsinə daxil edilməyib. 

“Viktoriya” (Jijkov) mövsümü 18 xalla 16-cı pillədə başa vuraraq 1-ci divizionu tərk edib.

 

Xəbər xətti