"Zirə" ilə matçda "Neftçi"nin iki futbolçusu meydanda olmayacaq

11:00 - 15 May 2022

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi" "Zirə"nin qonağı olacaq. 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu oyuna ciddi itkilərlə çıxacaq.

Belə ki, komandanın forvardı Tyaqo Bezerra cəza səbəbindən, Mert Çelik isə zədəli olduğuna görə meydanda olmayacaq.

"Zirə" – "Neftçi" matçı 17:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 

Xəbər xətti