Fransada yüksək liqaya vəsiqə qazanan ikinci komandanın adı məlum oldu

11:29 - 15 May 2022

"Ayaçço" Liqa 1-ə yüksəlib.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 2-nin son turunda "Tuluza"ya 1:0 hesabı ilə qalib gələn klub bu uğura imza atıb.

Cari mövsüm 75 xal toplanış "Ayaçço" turnir cədvəlini "Tuluza"dan(79 xal) sonra ikinci tamamlayıb.

Klub sonuncu dəfə 2013/2014 mövsümündə Liqa 1-də çıxış etmişdi.

Xəbər xətti