Region Liqasında ilk finalçı müəyyənləşdi

13:11 - 15 May 2022

ASK Arenada AFFA Region Liqasının ilk yarımfinal oyunu keçirilib. 

 

Sportal.az xəbər verir ki, finala vəsiqə qazanmaq uğrunda oyunda “Cəbrayıl” və “Qusar” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət iki hissə oynanılıb. Əlavə ilk hissədə daha bir dəfə fərqlənən “Cəbrayıl” komandası yekunda 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, sabah bu gün 16:00-da ASK Arenada digər yarımfinal oyununda  “Xan Lənkəran” və “Araz” (Naxçıvan) komandaları qarşılaşacaq.

Xəbər xətti