Regional Liqa: "Cəbrayıl" finalda "Araz Naxçıvan"la qarşılaşacaq

18:07 - 15 May 2022

Regional Liqada növbəti finalçının adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, ilk finalçı “Qusar”a 2:1 hesabı ilə qalib gələn “Cəbrayıl” olmuşdu.

​Bu gün isə “Araz Naxçıvan” “Xan Lənkəran”a 2:1 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Final mayın 20-də Şamaxıda keçiriləcək. Regional Liqanın qalibi iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda çıxış edəcək.

Xəbər xətti