Murad Musayev: "Avrokuboklara vəsiqə şansımız olduğundan komandanın üzərində təzyiq var idi"

21:44 - 15 May 2022

Premyer Liqanın 27-ci turunda "Sumqayıt"la qarşılaşan "Sabah" bu matçda xal itirərək avrokuboklar şansını itirib.

Sportal.az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan matçdan sonra paytaxt klubunun baş məşqçisi Murad Musayev mətbuat konfransında iştirak edib. Rusiyalı mütəxəssis komandasının avrokubok şansını itirməsinə münasibət bildirib:

"Avrokuboklara vəsiqə şansımız olduğundan komandanın üzərində bir qədər təzyiq var idi. Ola bilsin, buraxdığımız səhvlər bu amillə bağlıdır. Komandama iradım yoxdu. Meydanda 9 nəfər qaldıqdan sonra belə hücum edirdik və oyuna əlavə edilmiş vaxtda hesabı bərabərləşdirə bildik. Lakin bu gün qalib gəlmək istəyirdik. Həddindən artıq lazımsız səhvlər buraxdıq. Komandada kimisə günahlandırmaq çətindi".

Xəbər xətti