"Atletiko"dan ayrılacağı açıqlanan Luis Suares klubla vidalaşıb.
Sportal.az xəbər verir ki, uruqvaylı forvard bu barədə instaqram hesabında paylaşım edib:
"Hər bir azarkeşə və klub nümayəndələrinə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Onlara minnətdaram. Hər zaman yanımda olan, məni izləyən ailəmə də təşəkkür edirəm".
