Bundesliqada ilin ən yaxşı futbolçusunun adı məlum oldu

18:59 - 16 May 2022

"Leypziq"in hücumçusu Kristofer Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Almaniya Bundesliqasında bu mövsüm 34 oyuna çıxıb. Fransız futbolçu bu oyunlarda 20 qol vurub, 15 assist edib.

Nkunku mövsüm ərzində 4 dəfə ayın oyunçusu da seçilmişdi.

Xəbər xətti