İtaliya A seriyasını tərk edən ikinci komandanın adı dəqiqləşdi

21:00 - 16 May 2022

İtaliya A Seriyasını tərk edən ikinci komandanın adı da dəqiqləşib.

Sportal.az xəbər verir ki, A seriyasının 37-ci turunda "Napoli"yə 0:3 hesabı ilə məğlub olan "Cenoa" da B seriyasına düşüb.

Genuya təmsilçisindən əvvəl isə "Venesiya" da yüksək liqanı tərk etmişdi.

A seriyasını tərk edəcək üçüncü komanda isə ya "Kalyari", ya da "Salernitana" olacaq.

Xəbər xətti