Keyn: "O, postunda qalsaydı, əla olardı"

21:33 - 16 May 2022

"Tottenhem"in forvardı Harri Keyn baş məşqçi Antonio Konte haqda danışıb.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçu italiyalı məşqçinin fanatı olduğunu söyləyib:

​"Konte postunda qalsaydı, əla olardı. Komanda onunla işləməkdən həzz alır. Növbəti mövsümü də onunla başlayacağımızı gözləyirik. Ancaq bu, təbii ki, Kontenin qərarıdı.  Əminəm ki, o, klubla danışacaq və gələcəyi ilə bağlı qərar verəcək”.

 

Xəbər xətti