"Mançester Siti" portuqaliyalını satdı

10:44 - 17 May 2022

"Sportinq" 2 ildir icarə əsasında komandada çıxış edən Pedro Porronon transfer hüquqlarını alıb.

Sportal.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sportinq" transfer haqqları "Mançester Siti"də olan müdafiəçi üçün 8,5 milyon avro ödəyib. 22 yaşlı oyunçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

İspan futbolçu bu mövsüm 35 oyunda 5 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti