Almaniya millisinin sabiq futbolçusu Sərdar Taşçı karyerasını bitirib.
Sportal.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özü açıqlama verib.
Son klubu "Başakşəhər" olan Taşçı 2019-cu ilin yayından azad agent idi.
O, daha əvvəl Rusiyada "Spartak", Almaniyada "Bavariya", "Ştutqart" kimi klublarda çıxış edib.
Taşçı Almaniya millisində 14 oyun keçirib.
