"Sabah" legionerini saxlamaq istəyir

14:28 - 17 May 2022

"Sabah" ukraynalı futbolçusu Aleksey Kaşukla anlaşmaq üzrədi.

Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi ukraynalı ilə müqavilə müddətini bir il də artıracaq.

Bu ilin mart ayında "Şaxtyor"dan "Sabah"a icarəyə gələn 22 yaşlı vingerin Ukrayna klubu ilə müqaviləsi iyunda sona çatırdı. Murad Musayevin rəhbərlik etdiyi klub onunla azad agent kimi 1 illik müqavilə imzalayacaq. 

Kaşuk "Şaxtyor"a məxsus olsa da, son olaraq "Mariopol"da icarə əsasında çıxış edib.

Xəbər xətti