"Bayer" "Şaxtyor"dan futbolçu almağa hazırlaşır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi Mixail Mudrikə görə 20 milyon avrosundan keçməyə hazırdı.
"Bayer" rəhbərliyi Donetsk klubunun təmsilçilərilə artıq razılığa gəlib. İmzalanacaq müqaviləyə əsasən 21 yaşlı futbolçu 2027-ci ilə qədər "Bayer"ə məxsus olacaq.
“Şaxtyor” yetirməsi olan futbolçu “Arsenal”(Kiyev) və “Desna” klublarında da oynayıb.
