"Çelsi"nin baş məşqçisi Tomas Tuxel iki futbolçunun mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis öz açıqlamasında “Bu mövsümdən sonra Antonio Rüdigeri və Andreas Kristenseni itirəcəyik” deyib.
Kristensenin "Barselona"ya, Rüdigerin isə "Real"a keçəcəyi gözlənilir.
