Qazaxıstan millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq

16:06 - 17 May 2022

Qazaxıstan millisi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarına daha bir itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, “Akjayık” klubunda çıxış edən hücumçu Oralxan Omirtayev zədələnib. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. 24 yaşlı forvard “Taraz”a 0:2 hesabı ilə uduzduqları Qazaxıstan çempionatının XI matçında xəsarət alıb.

Oralxanın yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil. Onun zədəsi ciddidir və yığmanın iyundakı görüşlərini buraxacaq.

​Daha əvvəl komandanın 10-dan çox üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı deyilmişdi. Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.

Xəbər xətti