"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 29 yaşlı futbolçunun müsahibəsini diqqətinizə çatdırır:
- Çempionluğumuzu böyük "Qarabağ" ailəsi ilə birlikdə qeyd edirik. Xoşbəxtik. Ailələrimiz də buradadır. Ötən il çempionluq bizə qismət olmadı. Bu il o qədər istəkli idik ki, vaxtından əvvəl çempion olduq. Bu mövsüm üçün qarşımızdakı növbəti hədəf ölkə kubokunun finalıdır. Çalışırıq ki, orada da uğur qazanaq və kuboku əldə edək.
- "Qarabağ" ailəsində bir narahatlıq var ki, Andrade komandadan gedəcək. Bu barədə nə deyə bilərsən?
- Həqiqətən "Qarabağ" ailəsi bütün işçiləri ilə birlikdə çox böyükdür. Gələcəyimlə bağlı isə onu deyə bilərəm ki, bu yaxınlarda menecerim gələcək və klubla bu mövzu ətrafında danışacaq. Ümid edirəm ki, məsələ qısa zaman ərzində həllini tapacaq.
Deyilənə görə klublar tələblərin ağırdır.
- Detallara varmaq istəmirəm. Ümid edirəm ki, həm mənim üçün, həm də klub üçün uyğun olan şərtlərlə razılığa gələcəyik.
- Öz istəyin nədir? "Qarabağ"da qalmaq istəyirsən?
- Hazırda bura mənim evimdir. Mən də, ailəm də burada özümüzü çox xoşbəxt hiss edirik, hər şey ürəyimcədir. Amma gələcək barədə nəsə deyə bilmərəm. Menecerim klubla danışacaq və orada hər şey həll olunacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi