Namiq Ələsgərov "Bursaspor"un məşqinə çıxmadı

11:27 - 18 May 2022

Millimizin üzvü Namiq Ələsgərov "Bursaspor"un məşqinə çıxmayıb.

Sportal.az "bursahakimiyet.com.tr" saytına istinadən xəbər verir ki, komandanın son məşqində 10 futbolçu iştirak edib. Legioner futbolçuların heç biri məşqə qatılmayıb.

35 oyundan sonra 41 xalla 16-cı pillədə qərarlaşan Bursa təmsilçisinin ikinci liqaya düşəcəyi dəqiqləşib.

"Timsahlar" II liqada legioner oynada bilməyəcəyindən əcnəbilərin klubdan ayrılacağı gözlənilir. 

Xəbər xətti