"Fənərbaxça"dakı gələcəyi bəlli olmayan Mesut Özilin meneceri Erkut Söyüt açıqlama verib.
Sportal.az xəbər verir ki, o, 33 yaşlı yarımmüdafiəçinin İstanbul klubunda qalacağını bildirib:
"Əvvəllər Mesuta MLS-dən bir neçə klub təklif göndərmişdi. Amma o, "Fənərbaxça"ya gəlmək istədi və hazırda "Fənərbaxça"dadır. Mesut daha 2 il burada futbol oynayacaq".
Qeyd edək ki, "Fənərbaxça" rəhbərliyinin qərarı ilə Mesut Özil 24 mart tarixində əsas komandadan kənarlaşdırılıb.
saytlarin hazirlanmasi