"Barselona"nın hücumçusu millidəki karyerasını başa vurdu

12:30 - 19 May 2022

"Barselona"nın futbolçusu Pyer-Emerik Obameyanq Qabon yığmasındakı karyerasını bitirib.

Sportal.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. 32 yaşlı forvard Qabon Futbol Federasiyasına açıq məktub ünvanlayıb və bunları qeyd edib:

"Ölkəmi təmsil etməkdən qürur duyduğum 13 ildən sonra beynəlxalq karyeramı bitirdiyimi elan edirəm.

Qabon xalqına həm pis, həm də yaxşı günümdə mənə dəstək olduqları üçün təşəkkür etmək istəyirəm. Millidə debüt etdiyim günü heç vaxt unutmaram. Yığma ilə bağlı xoş xatirələrim qalacaq".

​Obameyanq millidə 72 oyunda 30 qol vurub.

Xəbər xətti