2022/2023 mövsümündən Premyer Liqada çempionluq uğrunda mübarizə aparacağı iddia edilən "Nyukasl" daha bir futbolçu üçün hərəkətə keçib.
Sportal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, İngiltərə klubu Yannik Karraskonu transfer etmək niyyətindədi.
"Nyukasl" belçikalı futbolçu üçün "Atletiko"ya 60 milyon avro ödəyəcək.
