"Şaxtyor"un futbolçusu Markos Antonionun yeni komandasının adı məlum olub.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu "Latsio" ilə anlaşıb.
Paytaxt təmsilçisi ona görə "Şaxtyor"a 8 milyon avro ödəyəcək. O, İtaliya klubunda yayda müqaviləsi başa çatacaq Lukas Leyvanın əvəzləyəcək.
Antonio 2019-cu ilin fevralından "Şaxtyor"da çıxış edir. Onun Ukrayna klubu ilə müqaviləsi 2025-ci ilin iyuluna qədərdi.
