"Mançester Siti"nin yeni forması təqdim edildi - FOTO

14:48 - 19 May 2022

"Mançester Siti"nin yeni mövsüm ev oyunlarında geyinəcəyi formalar təqdim olunub.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, dəst komandanın 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərindəki uğurlara həsr edilib. Təqdimatda Cek Qriliş, Oleksandr Zinçenko və Fil Foden iştirak edib.

Yeni formalar ənənəvi olaraq mavi rəngdədir.

"Mançester Siti" 1960-cı illərin sonu 1970-ci illərin əvvələrində İngiltərədə bütün milli kuboklorı, 1970-ci ildə isə UEFA Qaliblər Kubokunun qalibi olub.

Xəbər xətti