"Sabah"ın futbolçusu Coy-Lens Mikels "İctimai TV"-də yayımlanan "Bol İdman" verilişinə müsahibə verib.
Sportal.az xəbər verir ki, almaniyalı forvard qol sevincini Kriştianu Ronaldo kimi qeyt etməsindən danışıb:
"Ronaldonu bəyənirəm. Amma düzünü desəm, o, mənim kumirim deyil. Ronaldonun qol sevincini çox bəyənirəm. "Kəpəz"lə matçdan sonra bunu təkrarlamağa başladım. Bu, şüuraltı bir şeydir. Qol vurandan sonra düşünürsən ki, Ronaldo, Neymar necə sevinir. Mən də qol vurandan sonra onlar kimi sevinməyə çalışıram".