Tanınmış futbolçu 37 yaşında müqavilə müddətini artırdı

22:13 - 19 May 2022

Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski "Qurnik"lə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, 37 yaşlı forvardın Polşa klubu ilə sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

​Karyerası ərzində "Bavariya", "Köln", "Arsenal", "İnter", "Qalatasaray", "Vissel Kobe" kimi klublarda çıxış edən Podolski 2021-ci ilin yayından "Qurnik"də forma geyinir.

Xəbər xətti