Türkiyənin "Kasımpaşa" klubu baş məşqçi Sami Uğurlu ilə yola davam etmək qərarı verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Məlumatı klubun mətbuat xidməti yayıb.
Sami Uğurlu 2012-ci ilin dekabr ayından "Kasımpaşa"nı çalışdırır. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 21 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edib, 5 dəfə isə məğlub olub.
saytlarin hazirlanmasi