Türkiyənin "Qalatasaray" klubunda növbəti ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Rayan Babel İstanbul təmsilçisindən ayrılıb. Niderlandlı hücumçu öz yutub kanalında paylaşdığı video ilə "cim bom"la vidalaşıb.
Rayan Babel 2019-cu ilin yayından "Qalatasaray"da çıxış edirdi. 35 yaşlı futbolçu cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, daha əvvəl Sofian Fequli də "Qalatasaray"dan ayrıldığını açıqlamışdı.
saytlarin hazirlanmasi