"Qarabağ"ın futbolçusundan çempionluq paylaşımı

10:03 - 23 May 2022

"Qarabağ"ın futbolçusu Riçard Almeyda instaqramda paylaşım edib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada qazandıqları çempionluqla bağlı bunları yazıb:

"Əvvəlcə bu titul üçün Allaha şükür etmək və hər zaman yanımda olan ailəmə təşəkükr etmək istəyirəm. Həmçinin, bu uğura və çempionluğa görə "Qarabağ" rəhbərliyinə və bütün komandaya təşəkkür edirəm".

​Almeyda bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb. 33 yaşlı yarımmüdafiəçinin müqaviləsi iyunun 30-na qədərdir.

Xəbər xətti