Renatın komandası finalda uduzdu

10:16 - 23 May 2022

Portuqaliya Kubokunun qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici oyunda “Portu” ilə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə (3:1) sevinən “Portu” tarixində 18-ci dəfə ölkə kubokunun qalibi olub.

​Renat da bu görüşün iştirakçısı olub. O, finalda 56-cı dəqiqədən etibarən meydanda olub.

Xəbər xətti