Azərbaycan yığmasının oyunu təxirə düşdü

11:48 - 23 May 2022

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində mayın 26-da Küveytin U-23 komandası ilə yoldaşlıq oyunu keçirməli idi.

Sportal.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Küveyt milli komandasının Bakıya səfərinin baş tutmaması səbəbindən oyun təxirə salınıb. 

Xəbər xətti