Azərbaycanlı idmançı İspaniyada qızıl medal qazandı

12:30 - 23 May 2022

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İspaniyanın Qranada şəhərində keçirilən ISSF Qran-Pri turnirində qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına sahib çıxıb.

​Lunyov bu il Sloveniya və Xorvatiyada keçirilən analoji turnirlərdə, müvafiq olaraq, qızıl və gümüş medal qazanıb.

Xəbər xətti