Qurban Qurbanov futbola gəlişi haqda danışdı

16:21 - 23 May 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, o, futbola necə gəlməsi haqda danışıb:

 

 

"Güləşlə məşğul olmuşam, karateye getmişəm. Amma kəndə futbol oynayırdıq. Məktəblərdə idman yarışları keçirilirdi. Daim aktiv idim. Bizim rayonda savxozlar var idi. 7-ci sinifdə oxuyanda böyüklərlə futbol oynayırdım. Orada oyunumu gördülər. "Daşqın"ın baş məşqçisi Şaban Şirdanov idi. Bir kənddənik. O, məni komandaya dəvət etdi. Qardaşım Musa Qurbanov əsgərlikdən gəldi. Dəfələrlə demişəm, idmandan danışanda dedi ki, səni futbolçu edəcəm. Elə inamla dedi ki, özü də mənimlə bir yerdə futbola başladı. "Daşqın"da başladıq. İlk dəfə sol cinah müdafiəçisi olmuşam "Daşqın"da çox məşq edirdim, enerjim çox idi. Musa və Şaban müəllim yanımda idilər. Tələb edirdim ki, mənə daha çox məşq verin. Belədə futbola sevgim daha da çoxalmağa başladı. Hər şey pillə-pillə oldu".

Xəbər xətti