"Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov futbolçu karyerası ərzində ən çox bəyəndiyi oyunçuları açıqlayıb.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Vidadi Rzayev, Yunis Hüseynov və Rəşad Sadıqovu fərqləndirib:
"Çox təhlükəli sual verdiz. Çox olublar. Tək-tək demək istəməzdim. Üç futbolçu deyəcəm. Onların potensialı çox olub. Bizim çempionatımızda yox, Avropada istənilən komandada oynaya bilərdilər. Yunis Hüseymov, Vidadi Rzayev və Rəşad Sadıqov. Bu insanlarda futbolçuya xas hansı xüsusiyyət lazımdısa, var idi. Bəzən futbolu qaçmaq, vurmaq kimi görürük. Amma yaxşı futbolçu olmaq üçün yaradıcı olmaq mütləqdi. Yaradıcılığın yoxdusa, uğurun olmaz. Bu oyunçular futbola yaradıcı kimi gəlmişdilər. Bu gün də analiz edirəm. Dostuq, yoldaşlıq, amma həm də yaradıcı futbolçu kimi onlara hörmətim var".
saytlarin hazirlanmasi